Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Aygün Kazımova Yeni ili türkiyəli müğənni ilə keçirəcək

Aygün Kazımova Yeni ili türkiyəli müğənni ilə keçirəcək

Aygün Kazımova: "Qəbələdə qar yağır" - FOTO (21 Mart 2017 14:37)
Tolik: "Aygün Kazımovanı mən tanıyanda..." (20 Mart 2017 13:37)
"Bu hələ başlanğıcdır" - Aygün yoqaya başladı (20 Mart 2017 12:42)

Tarix: 10 Dekabr 2015 16:37

Xalq artisti Aygün Kazımova 31 dekabr - Yeni il gecəsini türkiyəli müğənni Çelik ilə birlikdə qeyd edəcək.

Milli.Az xəbər verir ki, Bakının elit məkanlarından birində baş tutuan yeni il şousunda səhnəmizin divası həmin günə özəl olaraq hazırlaşdığını bildirib:

"Hər çıxışım bir şoudur. Mənim üçün səhnə müqəddəs məkandır. Yeni il gecəsi çıxacağım tədbirə xüsusi olaraq hazırlaşıram. Eksklüziv səhnə kostyumum hazırlanır. Həmin libasın üzərində bir neçə modelyer işləyir. Gecəyə uyğun olaraq xüsusi makiyaj olunacağam.

Bundan əlavə yeni mahnılarım var. Türkiyədə hazırlanıb. Hələ heç yerdə səslənməyib. Məhz sevənlərim həmin mahnılarımı yeni il gecəsi eksklüziv olaraq dinləyəcək. Məni sevənlər "bomba"lara hazır olsun".

Türkiyə mətbuatında Balkanların divası olaraq təqdim olunan Aygün Kazımova 31 dekabrı bir neçə məkanda olsa da, gecə 12 tamamı Çelik ilə eyni səhnədə bölüşəcəyini əlavə edib.

Milli.Az


Teqlər:  Aygün Kazımova Yeni ili türkiyəli müğənni keçirəcək



RƏYLƏR


Top xəbərlər