Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan məktəbliləri Beynəlxalq Elm Olimpiadasında böyük uğur qazanıblar

Azərbaycan məktəbliləri Beynəlxalq Elm Olimpiadasında böyük uğur qazanıblar

Date: 10 December 2015 16:48


Bakı, 10 dekabr, AZƏRTAC 
Dekabrın 2-dən 10-dək Koreya Respublikasının Dequ şəhərində yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadası (İJSO) keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yarışmada iştirak edən Azərbaycan məktəbliləri böyük uğur qazanıblar. Belə ki, 43 ölkənin təmsil olunduğu olimpiadada azərbaycanlı şagirdlər Hüseyn Babayev və Cəfər İsbarov gümüş, Turan Bədəlli, Emin Qayıbov və Turan Məmmədli bürünc medallara layiq görülüblər.
Fizika, kimya və biologiya fənləri üzrə keçirilən XII Beynəlxalq Elm Olimpiadasında şagirdlər həm nəzəri, həm də praktik biliklərini nümayiş etdiriblər.

Tags:  Azərbaycan məktəbliləri Beynəlxalq Elm Olimpiadasında böyük uğur qazanıblar


RƏYLƏR


Top news