Gənclər məşğulluq və karyera planlaşdırılması ilə bağlı maarifləndiriliblər

Gənclər məşğulluq və karyera planlaşdırılması ilə bağlı maarifləndiriliblər
17:53 10 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Göyçay, 10 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi “Gələcəyini planlaşdır və qur” layihəsinin icrasını başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə həyata keçirilən “Gələcəyini planlaşdır və qur” layihəsi çərçivəsində 40 fəal gənc üçün məşğulluq, karyera planlaşdırılması və şəxsi inkişafla bağlı təlimlər təşkil edilib. Layihənin uğurla icra edilməsi və peşəkar təlimçilər tərəfindən maarifləndirmə işlərinin aparılması gənclərin məşğulluq imkanlarının artmasına, onların gələcək karyeralarını planlaşdırmasına müsbət təsir edib.
Eyni zamanda, layihə çərçivəsində peşəyönümlü maarfləndirmə işləri aparılıb, peşətəhsilli mütəxəssislərlə müvafiq biznes qurumları arasında əməkdaşlıq əlaqələri qurulub və rayonda işsiz gənclərin elektron bazası yaradılıb. Layihənin icrası zamanı Göyçay Rayon İcra Hakimiyyəti, gənclər və idman idarəsi, məşğulluq mərkəzi, peşə liseyi, regional peşə tədris mərkəzi, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci, rayon baytarlıq idarəsi, “AzNar” və “AzGranata” şirkətlərinin meyvə şirəsi emalı müəssisələri ilə yaxından əməkdaşlıq edilib. Həmin müəssisələrin mütəxəssisləri karyera imkanlarını gənclərlə bölüşüblər. Layihə çərçivəsində emal müəssisələrinə təşkil edilən öyrənmə səfərləri zamanı gənclər əldə etdikləri bilik və təcrübələri bölüşüb, müəssisələrin karyera imkanları və iş prinsipləri ilə tanış olublar.
Həmçinin “AzNar” və “AzQranata” şirkətlərinin rəhbərliyi gənclərlə görüş keçirib, onlara sertifikatlar təqdim ediblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencler_mesgulluq_ve_karyera_planlasdirilmasi_ile_bagli_maariflendirilibler-910070

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR