Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

Date: 10 December 2015 18:43


Bakı, 10 dekabr, AZƏRTAC
“Neft Daşları” yatağındakı 1954A nömrəli estakadayanı meydançada 2681 nömrəli quyu qazmadan sonra istismara verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kompleks qazma işləri tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib və 1346-1340 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.

Tags:  Neft Daşları yatağında yeni quyu istismara verilib


RƏYLƏR


Top news