Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bəzi universitetlər Maştağa-Nardaran ətrafına köçürülə bilər

Bəzi universitetlər Maştağa-Nardaran ətrafına köçürülə bilər

Date: 10 December 2015 19:05

Bakının mərkəzində yerləşən ali təhsil ocaqlarının şəhərətrafı ərazilərə köçürülməsi məsələsi bir neçə dəfə gündəmə gətirilsə də, hələ ki, bu istiqamətdə real iş görülməyib.

Lakin yaxın zamanlarda şəhərdəki sıxlığın azalması baxımından əhəmiyyətli sayılan bu məsələnin gerçəkləşdirilməsi istiqamətində addım atıla bilər.

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, hökumətdəki mənbələrdən verilən məlumata görə, universitetlərin Bakıətrafı əraziyə köçürülməsilə əlaqədar sənədin hazırlanması yekunlaşmaq üzrədir.

Artıq bununla bağlı, yaxın zamanlarda konkret addımlar atılacağı bildirilir.

Maraqlıdır ki, verilən məlumata görə, universitetlərin bir neçəsinin Maştağa-Nardaran qəsəbəsi istiqamətinə köçürülməsi də bu planın tərkib hissələrindən biridir.

Milli.Az


Tags:  Bəzi universitetlər Maştağa-Nardaran ətrafına köçürülə bilər


RƏYLƏR


Top news