İsveçdə qaçqınların sığınacaqlarını yandırmağa davam edirlər

İsveçdə qaçqınların sığınacaqlarını yandırmağa davam edirlər
19:28 10 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Stokholm, 10 dekabr, AZƏRTAC
İsveçdə yeniyetmə qaçqınların sığınacağı yandırılıb.
İsveç KİV-lərinin yaydığı məlumata görə, bu dəfə yanğın Stokholmun 70 kilometrliyində, Upsala şəhərindən şimalda, Venqe deyilən yerdə törədilib.
Hadisə yerinə operativ surətdə yanğınsöndürənlər və təhlükəsizlik xidmətlərinin nümayəndələri gəlib. Sığınacağın personalı və burada yaşayan miqrantlar təxliyə edilib. Asayiş keşikçiləri yanmanın səbəblərini araşdırırlar.
İsveçin şimalındakı Skone əyalətinin Engelhoplm qəsəbəsində də gecə saatlarında qaçqınlar üçün nəzərdə tutulan sığınacağı yandırmağa cəhdlər olub. Amma alov şiddətlənməyə macal tapmayıb. Xəsarət alan olmayıb.
Son iki ayda Krallıqda köçkünlər üçün sığınacaqların yandırılması ilə əlaqədar 30 hadisə qeydə alınıb. Onsuz da ölkədə qaçqınların yerləşdirilməsi ilə bağlı kəskin problem müşahidə olunur. Törədilən yanğınların sayı hökuməti qaçqınlar üçün planlaşdırılan yerləri məxfi saxlamaq, onların mühafizəsini gücləndirmək məcburiyyətində qoyub.
Qeyd edək ki, təkcə bu ilin 11 ayında İsveçə təqribən 170 min qaçqın gəlib, amma hökumət daha çox insanın gələcəyini gözləyir. Bu, 9,7 milyon əhalisi olan İsveç üçün əsas problemə çevrilib, çünki adambaşına düşən qaçqınların sayına görə İsveç Krallığı Avropa İttifaqında birinci yerdədir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Isvechde_qachqinlarin_siginacaqlarini_yandirmaga_davam_edirler-910131

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR