Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan alimi Fransada konfransda çıxış edib

Azərbaycan alimi Fransada konfransda çıxış edib

Date: 10 December 2015 20:58


Bakı, 10 dekabr, AZƏRTAC 
Fransanın Lion şəhərində Fransa Milli Elmi Araşdırmalar Mərkəzi və Təbiət Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə ”Qafqazda eramızdan əvvəl VI–II minilliklərdə darı bitkisinin kultivasiyası: mənşəyi və inkişafı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfransda Cənubi Qafqazda arxeoloji və paleobotanik tədqiqatlar aparan Azərbaycan, Fransa, Gürcüstan və digər ölkələrdən olan alimlər iştirak ediblər.
Beynəlxalq tədbirdə Qafqazın arxeoloji abidələr kontekstində bioloji arxivlər və paleobotanik analizlərin nəticələrindən irəli gələn yeni elmi informasiyaların təhlili və müzakirəsi aparılıb.
Məruzəçilər Qafqazda darı bitkisinin qədim sakinlərin qidasında ilkin istifadəsi, həmçinin onun kultivasiyası ilə bağlı yeni məlumatlar təqdim ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, ölkəmizi beynəlxalq tədbirdə bu elmi müəssisəsinin elmi ekspozisiya şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev təmsil edib. Konfransda alimin “Göytəpə: erkən neolit kəndi” mövzusunda məruzəsi dinlənilib.
F.Quliyev Göytəpə qədim yaşayış yerində aparılan paleobotanik analizlərin nəticələrini təqdim edib. Həmin nəticələrin təhlilinə əsaslanaraq, məruzədə Cənubi Qafqazın neolit dövründə erkən əkinçi tayfaların ərzaq ehtiyatları haqqında ən yeni elmi informasiyaların üzə çıxarılması baxımından Göytəpə məskəninin etalon abidə statusunda olduğu xüsusi vurğulanıb.

Tags:  Azərbaycan alimi Fransada konfransda çıxış edib


RƏYLƏR


Top news