Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan güləşçisi Rusiya Kuboku yarışlarında bürünc medal uğrunda mübarizə aparacaq

Azərbaycan güləşçisi Rusiya Kuboku yarışlarında bürünc medal uğrunda mübarizə aparacaq

Date: 10 December 2015 21:18


Bakı, 10 dekabr, AZƏRTAC 
Qadın güləşi üzrə açıq Rusiya Kuboku yarışlarında Azərbaycan təmsilçisi Leyla Qurbanova bürünc medal uğrunda görüşə çıxacaq.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 53 kiloqram çəki dərəcəsində yarışan L.Qurbanova səkkizdəbir və dörddəbir final görüşlərində inamlı qələbələr qazansa da, yarımfinalda Monqolustan təmsilçisi Otqontsetseq Davaasuxa 2:3 hesabı ilə məğlub olub.
Açıq Rusiya Kuboku yarışlarında medallar uğrunda qarşılaşmalar dekabrın 11-də keçiriləcək.
Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, İsveç və ABŞ-dan olan idmançıların iştirak etdikləri beynəlxalq turnirin ümumi mükafat fondu 120 min ABŞ dollarıdır.

Tags:  Azərbaycan güləşçisi Rusiya Kuboku yarışlarında bürünc medal uğrunda mübarizə aparacaq



RƏYLƏR


Top news