Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Həzrət Peyğəmbər (s) Qiyamət günü o kəslərdən şikayət edəcək ki...

Həzrət Peyğəmbər (s) Qiyamət günü o kəslərdən şikayət edəcək ki...

Date: 10 December 2015 21:52

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allah Təala Qurani-Kərimi Lövhi-məhfuzdan nazil etmişdir. Heç kəs Quranda dəyişiklik edə bilməz. Quran buyurur ki, biz səmanı hər cür qovulmuş şeytandan qoruyuruq. Bura vəhyin gəldiyi yerdir və şeytanlar ona nüfuz edə bilməzlər.
Quranı həml edən mələk Cəbrayil Əmindir (ə). Peyğəmbər (s) ilk dəfə onu görən zaman heyrətlənmişdi. Peyğəmbər (s) Allahın əmanətini Cəbrayildən (ə) alıb, insanlara çatdırmışdır. Ondan bir şeyi silib və ya ona bir şeyi əlavə etməmişdir. Quran möminlər üçün rəhmət və şəfa, kafirlər üçün xusrandır. (Tebyan)
Həzrət Peyğəmbər (s) Qiyamət günü öz ümmətindən şikayət edəcək və deyəcəkdir: "Bu ümmət Quranı tərk etmişdir. Quranı hifz edən insanın işi tamam olmaz, bəlkə yolun əvvəlində olar. Əvvəl gərək Quranı hifz edəsən, sonrakı addım Quran haqqında təfəkkür etməkdir. Ondan sonrakı addım təzəkkürdür. Ona görə də Qurana əməl etmək - hər şeydən mühümdür".
"(Həmin gün) Allahın peyğəmbəri deyəcəkdir: "Ey mənim Rəbbim! Həqiqətən mənim qövmüm (peyğəmbərliyin əvvəlindən dünyanın sonuna kimi) bu Qur'anı tərk etdi (və onun təlimlərini dərk etməkdən və ona əməl etməkdən üz döndərdi)"". ("Furqan" 30).
Quran bu hadisənin Qiyamətdə baş verəcəyini bir daha təsdiq edir. Burada məqsəd bütün İslam ümmətidir, xüsusi qəbilə deyildir.
Həzrət Peyğəmbər (s) Qiyamət günü o kəslərdən şikayət edəcəkdir ki, Quranı evlərində xəzinə kimi saxlayarlar. Onu oxumaz və onun haqqında təfəkkür etməzlər.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Quranı öyrənər və onu tilavət edə bilər, ancaq Quran oxumazsa, Qiyamət günü Quran ətəyindən yapışar və deyər: "Pərvərdigara! Sənin bu bəndən məni tərk etmişdir. Özün mənimlə onun arasında hökm ver!"".
Allah Təala bizləri Quranı oxuyanlardan və onun barədə təfəkkür edənlərdən qərar versin.
 
Milli.Az


Tags:  Həzrət Peyğəmbər Qiyamət günü kəslərdən şikayət edəcək


RƏYLƏR


Top news