“Eurocontrol” Azərbaycanın bu təşkilata üzv olması barədə danışıqlara hazırdır

“Eurocontrol” Azərbaycanın bu təşkilata üzv olması barədə danışıqlara hazırdır
21:58 10 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, Laçın Sultanova, AZƏRTAC
Hava Naviqasiyasanın Təhlükəsizliyi üzrə Avropa Təşkilatı (Eurocontrol) Azərbaycanın bu quruma üzv olması barədə danışıqlara hazır olduğunu bildirib. Bu fikri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Azərbaycan “Eurocontrol”a üzv olmaq məsələsini planlaşdırırmı və bu üzvlük ölkəmizə nə verə bilər sualına cavab verərkən səsləndirib.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, AZAL və “Eurocontrol” noyabrın 27-də hava hərəkətinin idarə olunması üzrə fəaliyyətin əlaqələndirilməsi haqqında ikitərəfli saziş imzalayıbr. Sənədə görə, tərəflər hava hərəkəti axınının beynəlxalq idarəetmə sisteminin yaradılması yolu ilə hava hərəkətinin idarə olunması üzrə fəaliyyəti əlaqələndirmək barədə razılığa gəliblər. AZAL-ın nümayəndəsinin fikrincə, belə əlaqələndirmə hava məkanından daha səmərəli istifadə etməyə və hava məkanının təhlükəsiz və nizamlı axınını təmin etmək üçün hər hansı zəruri tədbiri razılaşdırmağa imkan verəcək.
Paşa Kəsəmənski deyib: “İkitərəfli sazişin imzalanması “Eurocontrol”a üzvlük yolunda əhəmiyyətli mərhələdir. Üzvlük məsələsi hazırda xidmətlərin provayderi olan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ilə birlikdə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən öyrənilir”. Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, quruma üzvlük böyük öhdəliklər və külli miqdarda üzvlük haqqı nəzərdə tutur.
“Eurocontrol” təşkilatı “Vahid Avropa Səması” layihəsi çərçivəsində Ümumavropa Hava Hərəkəti Sisteminin işlənib hazırlanması məqsədi ilə 1960-cı ildə yaradılıb. Quruma 41 dövlət daxildir, mənzil-qərargahı Brüsseldə yerləşir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Eurocontrol_Azerbaycanin_bu_teskilata_uzv_olmasi_barede_danisiqlara_hazirdir-910203

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR