Rusiya Ermənistana əlavə qüvvələr yeridir (VİDEO)

Rusiya Ermənistana əlavə qüvvələr yeridir (VİDEO)
22:51 10 Dekabr 2015
81 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə ilə Rusiya arasında məlum təyyarə insidenti Azərbaycana da təsirsiz ötüşmür.

ANS TV-nin məlumatına görə, Türkiyə ilə Rusiya arasında münasibətlərin kəskinləşməsi fonunda Rusiya Ermənistandakı hərbi bazalarını yenidən gücləndirir.

Rusiya ordusunun Cənub Hərbi Dairəsinin yaydığı açıqlamaya görə, Ermənistanın 102-ci Gümrü hərbi bazasına əlavə olaraq 7 zərbə və nəqliyyat helikopteri göndərilib.

Bildirilir ki, Rusiyanın İrəvan yaxınlığındakı Erebuni hərbi hava bazasına da “Mi-24P”, “Mi-8T” helikopterləri çatdırılıb. İlin sonuna qədər helikopterlərin növbəti partiyası da göndəriləcək.

Politoloqlar qeyd edir ki, bu addım prezident Vladimir Putinin Türkiyə-Ermənistan sərhədinə “S-400” zenit-raket sistemləri, radioelektron mübarizə vasitələri və digər döyüş texnikasını yerləşdirmək barədə əmrinə əsasən atılıb.

“Təbbi ki, atılan bütün bu addımlar Azərbaycanın da maraqlarına toxunur. Bir tərəfdən Ermənistanın silahlandırır, digər bir tərəfdən də for-post statusunun möhkəmlədir. İndi isə biz hərbi for-post statusundan danışa bilərik. Məhz buna görə də biz bu məsələni diqqətdən kənar saxlaya bilmərik. Lazım gələrsə, biz həm diplomatik, həm də hərbi təşkilatların vasitəsilə Rusiyaya öz münasibətimizi bildirək”, – deyə politoloq Tofiq Abbasov fikrini açıqlayıb.

1995-ci ildən aktiv fəaliyyət göstərən Erebuni hərbi bazasına artıq Rusiyanın 18 ədəd “MiQ-29” qırıcısı cəmləşdirilib.

Rusiyanın Ermənistana əlavə hərbi qüvvələr cəmləşdirməyə başlaması həm də Qarabağ münaqişəsi zonasında vəziyyətin növbəti dəfə kəskinləşdiyi bir vaxtda baş verir.

Ehtimal olunur ki, Rusiya Ermənistana əlavə qüvvələr cəmləşdirməklə Türkiyəyə güc nümayiş etdirmək istəyir. Eyni zamanda mesaj verir ki, Türkiyənin regiondakı müttəfiqinə hərbi dəstək verərək Qarabağ münaqişəsi ətrafındakı status-kvonu dəyişdirməsi istisnadır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366971

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR