Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Sağlam vərdişlər sağlam gəncliyin əsasıdır” layihəsi çərçivəsində Suraxanı rayonunda məktəblilər üçün təlim keçirilib

Date: 10 December 2015 23:28


Bakı, 10 dekabr, AZƏRTAC 
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “Sağlam vərdişlər sağlam gəncliyin əsasıdır” layihəsi çərçivəsində Suraxanı rayonundakı 279 nömrəli tam orta məktəbdə şagirdlər üçün maarifləndirmə təlimi keçirilib.
Layihə rəhbəri Ayaz Əhmədzadə AZƏRTAC-a bildirib ki, tədbirdə gənclərin dövlətin və ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçildikləri diqqətə çatdırılıb. Lakin təəssüf hissi ilə qeyd olunub ki, bu gün cəmiyyətdə zərərli vərdişlərə aludə olan və bunun nəticəsində cinayətlər törədən gənclər də vardır. Bəzi hallarda gənclərin qanunu pozmaları qanunvericilikdə təsbit olunmuş hüquq və vəzifələrdən xəbərsiz olmaları səbəbindən baş verir. Bu baxımdan belə problemlərin həllində maarifləndirmə tədbirlərinin keçirilməsi böyük önəm daşıyır. Bildirilib ki, layihə çərçivəsində gənclərin zərərli vərdişlərinin qarşısının alınması, onlar arasında sağlam həyat tərzinin təbliğ olunması nəzərdə tutulur. Layihə, həmçinin intellektli gənclərlə dialoqların təşkili, maariflənmə və şəbəkələşmə işləri, əməkdaşlığın gücləndirilməsi ilə problemin həllinə töhfə vermək məqsədi güdür.
Tədbirdə məktəbin direktoru Oqtay Səmədov zərərli vərdişlərə qarşı yönəlmiş belə təşəbbüslərin gənc nəslin sağlam ruhda və əqidədə yetişməsi üçün mühüm rol oynadığını qeyd edib.
Təlim zamanı zərərli vərdişlərin qarşısının alınması məqsədilə müalicə və cəza tədbirləri barədə şagirdlərə ətraflı məlumat verilib. Sonra iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

Tags:  Sağlam vərdişlər sağlam gəncliyin əsasıdır layihəsi çərçivəsində Suraxanı rayonunda məktəblilər təlim keçirilib


RƏYLƏR


Top news