Nobel mükafatçısının Azərbaycan sevgisi (VİDEO)

Nobel mükafatçısının Azərbaycan sevgisi (VİDEO)
01:41 11 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Kimya üzrə Nobel mükafatı alan türk Əziz Sancarın elmiş kəşfini hansı şəraitdə etdiyi yəqin ki, çoxları üçün maraqlıdır.

ANS TV-nin Vaşinqton bürosunun məlumatına görə, 2015-ci ilin kimya üzrə Nobel mükafatının ərsəyə gəldiyi labaratoriyadayıq. Əziz Sancarın burda DNK-ya müdaxilə edərək xərçəng xəstəliyilə mübarizədə yeni metod aşkarlayıb. Hansıki yaxın 5 ildə yer kürəsində yaşayan insanlar onun tətbiqini görəcəklər.

“Burdan göründüyü kimi DNK-da bir zədə var. Bu zədə sonda xərçəngə yol açır. Məhz bu zədənin nəcə kəsilib atıldığını və DNK-nın normal fəaliyyətinə qayıtdığını isə biz kəşf etdik”,- deyə Əziz Sancar bildirib.

Bu tapıntı üçün Əziz Sancar ömrünün düz 40 ilini xərcləyib: "Xərçəngin yaranmasının əsas səbəbkarı DNK-dır. Belə ki, DNK-a mütasiyaya uğrayır və sonucda nomal hüceyrələr qeyri-normal hüceyrələrə çevrilir".

Bir qədər də bu böyük insanın Azərbaycan sevdası barədə. Türkiyədə doğulan alim Əziz Sancar Sovet dönəmi olmasına baxmayaraq Zeynəb Xanlarovanın musiqisilə gəncliyini keçirib: "İki dövlət bir millətik. Eyni zamanda mənim ən çox sevdiyim musiqi Azərbaycan musiqisidir".

Məhz onun dünyada islama qarşı artan təziqlər fonunda müsəlmanlara deyəcəkləri də var: "Bizim elmlə ciddi bir şəkildə məşğul olmamız lazımdır. Bundan başqa yolumuz yoxdu. Uşaqlarımızı- riaziyyat, mühəndislik və tibb sahəsinə olan marağı artırmalıyıq. Mütləq bu sahələrə üstünlük verməliyik".

Müsəlman dünyasında baş verənləri isə Əziz Sancar bir cümlə ilə belə xarakterizə edir: Bir-birimizi öldürmək üçün istifadə etdiyimiz o silahları belə biz hazırlaya bilmirik. Ölüm cihazlarını qərbdən alıb qardaşlarımızın canına qıyırıq. Silahı buraxıb ələ kitab almağın vaxtıdır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366981

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR