OPEK son 3 ildə maksimum hasilat əldə edib

OPEK son 3 ildə maksimum hasilat əldə edib
05:11 11 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) noyabr ayında neft hasilatını artırmaqla son 3 il 6 ayda maksimum səviyyədə hasilat əldə edib.

ANS PRESS-in məlumatına görə, bu barədə OPEK-in ötən gün nəşr olunan məruzəsində qeyd olunur.

Təşkilat rəsmiləri bir müddət “hasilat tavanı” məsələsində razılığa gələ bilməmişdi. Bu, həddən artıq hasilata məhəl qoymadan OPEK üzvlərinə istədikləri qədər neft ixrac etməyə şərait yaradıb.

OPEK günlük hasilat kvotasının dəyişməz olaraq qalacağına qərar vermişdi. Hazırkı vəziyyətdə təşkilatın günlük neft hasilatı 31.7 milyon barel təşkil edir.

Bu, 2012-ci ilin aprel ayından bəri ən yüksək göstəricidir. Vəziyyətlə əlaqədar Brent markalı xam neftin qiyməti isə, son 6 ildə ən aşağı səviyyəyə düşmüşdü.

Neftin bir barelinin qiyməti 37 dollardan da aşağı düşüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366998

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR