Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İspaniyada parlament seçkiləri ərəfəsində gərgin debatlar davam edir

Date: 11 December 2015 08:58


Madrid, 11 dekabr, AZƏRTAC 
İspaniyada dekabrın 20-də baş tutacaq parlament seçkiləri ərəfəsində qızğın debatlar keçirilir. Televiziya vasitəsi ilə canlı yayımlanan ilk böyük debatda seçkidə iştirak edən 3 əsas müxalifət partiyası PSOE, “Podemos” və “Ciudadnos” liderlər səviyyəsində təmsil olunub. Hakim partiya olan Xalq Partiyasını isə Baş nazirin birinci müavini Soraya Saenz de Santamariya təmsil edib.
İspaniyanın Baş naziri Mariano Raxoyun debatda şəxsən iştirak etməməsi yerli cəmiyyətdə ciddi narazılıqla qarşılanıb. Bir çox media orqanı və siyasi analitik bunu Xalq Partiyası liderinin debatdan çəkinməsi kimi qiymətləndirib.
Debatların ilkin mərhələsindən sonra keçirilən sorğular göstərir ki, cəmiyyət “Podemos” partiyasının lideri Pablo İqlesiası polemikanın qalibi hesab edir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Tags:  İspaniyada parlament seçkiləri ərəfəsində gərgin debatlar davam edir


RƏYLƏR


Top news