Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Futzal üzrə Azərbaycan millisi seçmə mərhələyə qələbə ilə başlayıb

Futzal üzrə Azərbaycan millisi seçmə mərhələyə qələbə ilə başlayıb

Date: 11 December 2015 10:33


Bakı, 11 dekabr, AZƏRTAC
Futzal üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərindəki Dvorana Gradski VRT idman kompleksində İsveç millisi ilə qarşılaşan komandamız 8:2 hesabı ilə qələbə qazanıb. Millimizin heyətində Eduardo Mello Borges het-trik, Vitali Borisov isə dubl edib. Hərəyə 1 dəfə Vieira Da Silva Augusto Sezar, Amadeu Fernandes da Silva və Fineo de Araujo fərqlənib.
Xəzər dənizindəki “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəzada faciəli şəkildə dünyasını dəyişmiş şəxslərin xatirəsini yad etmək məqsədilə millimizin üzvləri meydançaya qara sarğı ilə çıxıblar.
Futzalçılarımız növbəti oyununu dekabrın 11-də Belarus yığmasına qarşı keçirəcək.

Tags:  Futzal üzrə Azərbaycan millisi seçmə mərhələyə qələbə başlayıb


RƏYLƏR


Top news