Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ölkəmizə külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

Ölkəmizə külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

Date: 11 December 2015 11:03


Bakı, 11 dekabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığının qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, əldə olunmuş əməliyyat məlumatı əsasında həyata keçirilən axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınıb. Dekabrın 6-da Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasına gətirilməsi üçün dövlət sərhədi yaxınlığında gizlədilmiş 2 ədəd bağlamada 6 kiloqram 190 qram heroin, 3 kiloqram 65 qram marixuana, 1 kiloqram 160 qram tiryək və 30 ədəd “Metadon” adlı həb aşkar edilərək götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Tags:  Ölkəmizə külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb


RƏYLƏR


Top news