Qarabağda erməni əsgər öldürüldü

Qarabağda erməni əsgər öldürüldü
12:26 11 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən atışma nəticəsində erməni hərbçi yaralanıb.

ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, bu gecə Azərbaycanın işğal altında olan torpaqlarında erməni hərbçisi ölüb. Bu 1994-cü il təvəllüdlü Vardan Arturoviç Vardanyandır.

Bu hadisə təmas xəttinin şərq istiqamətində bu gün səhər saat 08 radələrində baş verib.

Ötən gün axşam saatlarında da Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən atışma nəticəsində erməni hərbçi yaralanıb. ANS PRESS-in erməni kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, yaralanan əsgər Razmik Abramyanın vəziyyəti çox ağırdır.

Son vaxtlar cəbhə xəttində ağır döyüşlər gedir. Azərbaycan Müdafiə Nazirliyi də cəbhədə artan gərginliklə bağlı açıqlama verib: "Son günlər Seyran Ohanyan və Serj Sarkisyan cütlüyünün cinayətkar fəaliyyətinin nəticəsi olaraq cəbhədə gərginlik nəzərəçarpacaq dərəcədə artıb. Azərbaycan ordusunun gördüyü cavab tədbirləri nəticəsində erməni tərəfinin çoxsaylı itkilərinə görə birbaşa məsuliyyət bu hərbi cinayətkarların üzərinə düşür".

Erməni tərəfi Azərbaycanə cəbhədə tankları işə salmaqda ittiham edib. Azərbaycanın Müdafiə Nazirliyindən isə bildirilib ki, Silahlı Qüvvələrimiz vəziyyətə uyğun olaraq düşmən bizə atəş açdığı halda, ona qarşı daha üstün silahlarla cavab verəcəyi, onların atəş nöqtələrini, mövqelərini və hərbi obyektlərini məhv edəcəyi barədə dəfələrlə xəbərdarlıq edib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367025

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR