Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Futbolçunu başından vurdular

Futbolçunu başından vurdular

Date: 11 December 2015 12:36

Honduras millisinin futbolçusu Arnold Peralta La-Seyba şəhərində güllələnib.

ANS PRESS-in məlumatına görə, 26 yaşlı futbolçuya ticarət mərkəzlərinin birinin avtodayanacağında hücum edilib.

Hücumun səbəbi isə hələ ki, məlum deyil. Honduras millisi və "Olimpiya" klubunun futbolçusu La-Seyba şəhərində tətildə idi.


Arnold Peralta - "Rangers" futbol klubunun şərəfini qoruyarkən

2015-ci ilin əvvəlində Arnold vətəninə dönərək, "Olimpiya" klubu ilə müqavilə imzalayıb. 16 fevral tarixində isə, "Olimpiya" klubunda debüt edib. 13 sentyabrda isə, o "Viktoria" ilə oyunda "Olimpiya" klubunun heyətində ilk qolunu vurub.

Tags:  Futbolçunu başından vurdular

RƏYLƏR


Top news