YAP-ın icazəsi olmadan parlament seçkilərində iştirak etmiş üzvlərin partiyadan xaric edilməsi məsələsinə aydınlıq gətirib.
Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, bu ay ilin yekunları ilə bağlı partiyada toplantı keçiriləcək:
"Toplantıda seçkilərin ümumi nəticələrinə qiymət veriləcək. Həm də partiyanın qərarından kənar namizədliklərini irəli sürənlər barədə qərar veriləcək. Belə üzvlərin sayı 53 nəfər idi. Lakin onların 50-si öz namizədliyini geri götürmüşdü, 3 nəfərlə bağlı isə müvafiq rayon təşkilatlarına tapşırıq veriləcək".
Milli.Az