bp “Çıraq” platformasında hasilatı bərpa edib

bp “Çıraq” platformasında hasilatı bərpa edib
14:23 11 Dekabr 2015
7 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Azəri-Çıraq-dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan bp şirkəti planlaşdırılmış dayandırılma proqramından sonra “Çıraq” platformasından hasilatı dekabrın 10-dan etibarən bərpa edib.
“bp-Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, proqram üzrə nəzərdə tutulan bütün işlər uğurla və tam təhlükəsiz başa çatdırılıb.
Qeyd edək ki, plana əsasən “Çıraq” platformasından hasilat noyabrın 10-dan etibarən dayandırılmışdı.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/bp_CHiraq_platformasinda_hasilati_berpa_edib-910356

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR