Nardaranda məscid bağlanması xəbərinə reaksiya

Nardaranda məscid bağlanması xəbərinə reaksiya
16:01 11 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Nardarandakı Rəhimə Xanım ziyarətgah-məscidinin həbs olunan axundu Nuhbala Rəhimov və bağlanan “Hüseyniyyə” məscidi ilə bağlı açıqlama yayıb.

Qurumdan ANS PRESS-ə verilən məlumata görə, din xadimi kimi təqdim olunan Nuhbala Rəhimov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş hər hansı bir dini icmanın rəhbəri deyil. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsindən Dövlət Komitəsinə verilən məlumata əsasən, N. Rəhimovun din xadimi kimi də rəsmi təyinatı yoxdur.

Dini icması Dövlət Komitəsində qeydiyyatdan keçməmiş “Hüseyniyyə” məscidinin bağlanması barədə məlumata da aydınlıq gətirib. Komitənin məlumatında qeyd edilir ki, ümumiyyətlə, Nardarandakı ibadət evlərinin fəaliyyyətinə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən heç bir müdaxilə edilməyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367052

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR