Faciəni önləmək üçün yeni cihaz - xərci sizlikdi

Faciəni önləmək üçün yeni cihaz - xərci sizlikdi
16:32 11 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Evin qaz təsərrüfatında baş verə biləcək ağır hadisələrin qarşısının alınmasında detektorlar müstəsna rola malikdir. Bu cihazlar qaz sızması zamanı evin mavi yanacaqla təchizatını avtomatik şəkildə dayandıra bilir. Bu isə dəm qazı sızmalarının, həm də partlayışların baş verməməsinə səbəb olur. Xaçmazda hələlik bu cür cihazlar fərdi yaşayış evlərinin qazlaşdırılması zamanı qoyulur. Amma istənilən şəxs müraciət əsasında mənzilinə detektor quraşdıra bilər.

RTV (Region TV) xəbər verir ki, bazarda qaz detektorlarının satış qiyməti istehsalçı ölkənin adından və keyfiyyətindən asılı olaraq 18-30 manat arasında dəyişir. Cihazların quraşdırılması isə qaz xəttini çəkən podratçı təşkilat tərəfindən aparılır. Burada bütün xərclər abonentin üzərinə düşür.

Əlibaba Əliyev qanunvericilikdə bu məsələ ilə bağlı dəyişiklik edildiyini və cihazların tətbiqinin şərt kimi irəli sürüldüyünü bildirdi. Bu cihazların konkret quraşdırılmasına nə vaxt başlanacağı barədə dəqiq məlumat olmasa da, hazırda bu istiqamətdə işlər gedir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR