Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Məlumatların Elektron Açıqlanması Sistemi hazırlanıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Məlumatların Elektron Açıqlanması Sistemi hazırlanıb
16:38 11 Dekabr 2015
9 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Məlumatların Elektron Açıqlanması Sistemi (MEAS) hazırlanıb. Sistem 2016-cı ildə istifadəyə veriləcək.
Komitədən AZƏRTAC-a bildirilib ki, MEAS emitentlərin (qiymətli kağızı dövriyyəyə buraxan şirkət) qanunvericiliklə açıqlanması tələb olunan məlumatlarının qəbulu, mərkəzləşdirilmiş qaydada saxlanılması və ictimaiyyətə açıqlanması üçün vahid məlumat resursudur. Məlumatların açıqlanması və əldə edilməsi MEAS-ın disclosure.az saytı vasitəsilə həyata keçiriləcək. Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək.
Qeyd edək ki, MEAS “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramına uyğun olaraq hazırlanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qiymetli_Kagizlar_uzre_Dovlet_Komitesi_terefinden_Melumatlarin_Elektron_Achiqlanmasi_Sistemi_hazirlanib-910388

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR