SOCAR noyabrda dövlət büdcəsinə 133,6 milyon manata yaxın vəsait ödəyib

SOCAR noyabrda dövlət büdcəsinə 133,6 milyon manata yaxın vəsait ödəyib
16:48 11 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) noyabrda dövlət büdcəsinə 133 milyon 599 min manat vəsait köçürüb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvar-noyabr aylarında isə şirkət büdcəyə 1 milyard 404 milyon 875 min manat vəsait ödəyib.
Noyabrda SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 189 min manat vəsait köçürüb. Bu göstərici 2014-cü ilin noyabr ayı ilə müqayisədə 571 min manat və ya 105,4 faiz çox olub. Yanvar-noyabr aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 126 milyon 606 min manat təşkil edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_noyabrda_dovlet_budcesine_1336_milyon_manata_yaxin_vesait_odeyib-910394

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR