Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yunan-Roma güləşçilərimiz dünyanın ən yaxşıları sırasında

Yunan-Roma güləşçilərimiz dünyanın ən yaxşıları sırasında

Date: 11 December 2015 16:49

Dünya Güləş Birliyi 2015-ci ilin noyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.

Yunan-Roma güləşi üzrə reytinq siyahısına 12 güləşçimizin adı daxil edilib. Avropa Oyunlarının qızıl medalçısı, Las Veqasda keçirilən Dünya çempionluğuna yiyələnən Rəsul Çunayev reytinqdəki liderliyini saxlayıb. Mövqeyini dəyişməyən daha bir güləşçimiz son Dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov olub. O reytinqdə ikinci sıradadır. Öz çəkisində reytinqin ikincisi olan digər bir güləşçimiz isə Saman Təhmasibidir. O, bundan əvvəlki reytinq sıralamasında 4-cü idi. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin qalibi olan Sabah Şəriəti reytinq siyahısında mövqeyini 1 pillə də yaxşılaşdırıb. Ötən siyahıda 5-ci olan güləşçimiz, bu dəfə ilk dördlükdə qərarlaşıb.

Bundan başqa, daha 4 güləşçimiz də ilk onluqda yer alıb. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin mükafatçıları Elvin Mürsəliyev (75 kq) və Rafiq Hüseynov (80 kq) 6-cı, Həsən Əliyev (66 kq) 9-cu, İslam Abbasov (85 kq) isə 10-cu sıradadır.

59 kq
2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (2)
12. Elman Muxtarov - Avropa Oyunları 3-cü yer (12)

66 kq
9. Həsən Əliyev - Qızıl Qran Pri 3-cü yer (12)
18. Kamran Məmmədov - Qızıl Qran Pri 2-ci yer (nr)

71 kq
1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1)

75 kq
6. Elvin Mürsəliyev - Qızıl Qran Pri 3-cü yer (5)

80 kq
6. Rafiq Hüseynov - Qızıl Qran Pri 2-ci yer (2)

85 kq
2. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (4)
10. İslam Abbasov - Qızıl Qran Pri 3-cü yer (13)

98 kq
17. Şalva Qadabadze - Qızıl Qran Pri 1-ci yer (nr)
18. Orxan Nuriyev - Paris Qran Pri turniri 3-cü yer (18)

130 kq
4. Sabah Şəriəti - Qızıl Qran Pri 1-ci yer (5)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.


Tags:  Yunan-Roma güləşçiləri reytinq

RƏYLƏR


Top news