Xodorkovskiyə merin qətlinin təşkili ittihamı irəli sürüldü

Xodorkovskiyə merin qətlinin təşkili ittihamı irəli sürüldü
16:52 11 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

YUKOS şirkətinin sabiq rəhbəri Mixail Xodorkovskiyə Nefteyuqansk meri Vladimir Petuxovun qətlinin təşkili ilə bağlı ittiham irəli sürülüb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin saytında yer alan xəbərdə deyilir.

Bildirilir ki, M. Xodorkovski yaxın zamanlarda axtarışa veriləcək.

İstintaq versiyasına əsasən, mer V. Petuxovun xidməti fəaliyyəti YUKOS şirkətinin maraqları ilə ziddiyyət təşkil edirdi.

M.Xodorkovskinin özü isə V. Petuxovun qətli ilə bağlı iddiaları rədd edir.

Xatırladaq ki, Nefteyuqansk meri V. Petuxov 1998-ci ilin iyun ayında qətlə yetirilib.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR