Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ümummilli Liderə həsr olunmuş açıq dərs

Ümummilli Liderə həsr olunmuş açıq dərs

Date: 11 December 2015 17:03


Naftalan, 11 dekabr, AZƏRTAC
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin irsinin dərindən öyrənilməsi məqsədilə Naftalandakı orta məktəb şagirdləri üçün “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusunda açıq dərs keçirilib. Dərsdən əvvəl məktəblilər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətinin müxtəlif anlarını əks etdirən guşələrə baxıblar.
AZƏRTAC xəbər verir ki, açıq dərsdə çıxış edənlər dahi şəxsiyyətin Azərbaycan xalqının xoşbəxtliyi üçün gördüyü işlərdən, canı qədər sevdiyi doğma Vətəninin çiçəklənməsi naminə reallaşdırdığı layihələrdən danışıblar.
Dərsdə görkəmli dövlət xadimindən bəhs edən videofilmin nümayişi şagirdlər tərəfindən maraqla izlənilib.

Tags:  Ümummilli Liderə həsr olunmuş açıq dərs


RƏYLƏR


Top news