“Əsrin pəhləvan”ı prezidentin məsləhətçisi oldu (FOTO)

“Əsrin pəhləvan”ı prezidentin məsləhətçisi oldu (FOTO)
17:21 11 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Pəhləvan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məsləhətçi təyin edilib.

ANS PRESS-in məlumatına görə, Ərdoğanın yeni məsləhətçisi “əsrin pəhləvan”ı adlanlandırılan Həmzə Yerlikayadır.

Həmzə Yerlikaya həmçinin Türkiyə Güləş Federasiyasının sədri və Türkiyə Böyük Millət Məclisinin deputatıdır . Son seçkilərdə Sivas şəhərindən deputat seçilən Həmzə Yerlikaya idmanda əldə etdiyi nailiyyətlərə görə vətənində “əsrin pəhləvan”ı adlandırılır.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və yeni məsləhətçisi Həmzə Yerlikaya


Artıq ölkə prezindeti onu məsləhətçi kimi təsdiqləyib. Əsrin pəhləvan”ı yeni vəzifəsinin icrasına bazar günündən etibarən başlayacaq.

Yerlikaya 2007-ci ildən siyasi fəaliyyətlə məşğuldur. 39 yaşlı Yerlikaya yunan-roma güləşi üzrə üçqat dünya, ikiqat olimpiya çempionudur.


Həmzə Yerlikayanı güləşərkən


Onun Avropadakı nailiyyətləri isə daha çoxdur. Həmzə Yerlikaya səkkizqat Avropa çempionudur.

Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan öz kürəkəni Berat Albayrakı enerji və təbii ehtiyatlar naziri naziri təyin edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR