Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda orta məktəbləri silahlı polislər qoruyacaq

Bakıda orta məktəbləri silahlı polislər qoruyacaq

Date: 11 December 2015 18:17

Bakının orta məktəblərində təhlükəsizlik tədbirləri gücləndirilib.

APA-nın məlumatına görə, paytaxt məktəblərinin mühafizəsinə silahlı polis əməkdaşları cəlb edilib.

Məlumata görə, təhlükəsizlik tədbirləri daha çox Nardarana yaxın kənd və qəsəbə məktəblərində həyata keçirilir. Bütün müəllim və valideynlərə uşaqları nəzarətsiz qoymamaları barədə xəbərdarlıq edilib. Valideynlərə tapşırılıb ki, uşaqları məktəbə özləri gətirib, özləri evə aparsınlar.

Hüquq-mühafizə orqanlarından APA-ya orta məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi təsdiqlənib.

Milli.Az


Tags:  Bakıda orta məktəbləri silahlı polislər qoruyacaq


RƏYLƏR


Top news