Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Ulu öndər Heydər Əliyev Azərbaycanda milli sərhəd siyasətini formalaşdırıb

Ulu öndər Heydər Əliyev Azərbaycanda milli sərhəd siyasətini formalaşdırıb

Date: 11 December 2015 18:18


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirin əvvəlində Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Azad Ələkbərov çıxış edərək xalqımızın hər il dekabrın 12-ni böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd etdiyini vurğulayıb, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açıb.
Bildirilib ki, adını tarixə əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi uğurlar dahi öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.
Dövlət Sərhəd Xidmətinin yaradıcısı olan Ulu Öndər imzaladığı fərman və sərəncamlarla milli sərhəd siyasətini formalaşdırıb, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyənləşdirib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidməti istənilən şəraitdə ölkəmizin sərhədlərinin toxunulmazlığını təmin edə bilən mütəşəkkil quruma çevrilib.
Tədbirin sonunda Ulu Öndərin həyatından bəhs edən sənədli film nümayiş etdirilib.



Tags:  Ulu öndər Heydər Əliyev Azərbaycanda milli sərhəd siyasətini formalaşdırıb


RƏYLƏR


Top news