Azərbaycan nümayəndə heyəti Cenevrədə BMT-nin yüksək səviyyəli görüşündə iştirak edəcək

19:03 11 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+



Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 16-17-də İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Müdafiənin Vəzifələri üzrə Dialoqunun “Köçürülmənin kökündə olan səbəblərin anlaşılması və həlli” mövzusunda növbəti 8-ci yüksək səviyyəli görüşü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti, o cümlədən Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev iştirak edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_numayende_heyeti_Cenevrede_BMT_nin_yuksek_seviyyeli_gorusunde_istirak_edecek-910463

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR