Bu il Beyləqanda 7 subartezian quyusu qazılıb

Bu il Beyləqanda 7 subartezian quyusu qazılıb
19:03 11 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Beyləqan, 11 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Beyləqan rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Beyləqan Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin ötən il dekabrın 25-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, cari ildə Beyləqan şəhəri, Şəfəq qəsəbəsi, Dünyamalılar, Yuxarı Aran, Gödəklər və İkinci Şahsevən kəndlərində 7 subartezian quyusu qazılıb.
Yeni subartezian quyularının istifadəyə verilməsi ilə rayonun 200 hektardan artıq əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_il_Beyleqanda_7_subartezian_quyusu_qazilib-910462

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR