Nərimanov rayonunda ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

Nərimanov rayonunda ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
19:13 11 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Nərimanov Rayon İcra Hakimiyyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə rayon icra hakimiyyətinin binasının foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə çiçəklər düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Nərimanov rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildirib. “Ulu öndər Heydər Əliyev şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil edib”, - deyən Ş.İbadov vurğulayıb ki, xalqımızın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz Heydər Əliyev adı ilə bağlı olduğunu qeyd edib.
Ş.İbadov Ümummilli Liderin adını daşıyan Fond tərəfindən ölkəmizdə, həmçinin Nərimanov rayonunda və rayonla sosial-iqtisadi, ictimai-mədəni əlaqələri olan Rusiya Federasiyasının Həştərxan şəhərində həyata keçirilən geniş layihələr barədə məlumat verib. Qarşılıqlı əlaqələrin təməlinin hələ Heydər Əliyevin ölkəmizə ilk dəfə rəhbərlik etdiyi dövrdə qoyulduğunu nəzərə çatdırıb.
Digər çıxışlarda da ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışılıb. Ulu Öndərin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən biri olduğu qeyd edilib.
Sonda ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olunub.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nerimanov_rayonunda_umummilli_lider_Heyder_Aliyevin_anim_gunu_ile_elaqedar_tedbir_kechirilib-910469

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR