Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milli dirçəlişin və azərbaycançılıq ideologiyasının təməlini Heydər Əliyev qoyub Latviyada ulu öndər Heydər Əliyevin nurlu xatirəsi anılıb

Milli dirçəlişin və azərbaycançılıq ideologiyasının təməlini Heydər Əliyev qoyub Latviyada ulu öndər Heydər Əliyevin nurlu xatirəsi anılıb

Date: 11 December 2015 19:43


Riqa, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Azərbaycanın Latviyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Xatirə tədbirində səfirliyin əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, Latviyanın ictimai xadimləri, jurnalistlər iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Azərbaycan səfiri Elman Zeynalov deyib ki, Heydər Əliyev güclü Azərbaycan dövlətçiliyinin, onun siyasi və iqtisadi əsaslarının yaradılması ilə bərabər, milli dirçəlişin və azərbaycançılıq ideologiyasının təməli olmuş ideyanın banisidir. Hazırda Azərbaycan həm daxildə, həm də xaricdə sırf dünyəvi siyasət yeridən, ekstremist meyillərə qarşı mübarizə aparan dövlətlərdən biridir. E.Zeynalov bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasətini uğurla davam etdirir.
“Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzinin başçısı Roman Əliyev, “Azəri” Cəmiyyətinin rəhbəri Ulduzxan Əhmədov, ağsaqqal Adıgözəl Məmmədov çıxışlarında bildiriblər ki, Azərbaycan xalqının Ümummilli Liderinin xidmətləri o dərəcədə böyükdür ki, onun ömür yolu hələ uzun müddət bioqraflar və tarixçilər tərəfindən öyrəniləcək. Bildirilib ki, Heydər Əliyev bütün xarici səfərlərində bu ölkələrdəki Azərbaycan diasporlarının başçıları ilə görüşürdü. 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü də məhz Heydər Əliyevin təşəbbüsü ilə təsis edilib.
Xatirə tədbirində diqqətə çatdırılıb ki, Azərbaycan diasporunun qurulması Heydər Əliyevin adı ilə bağlıdır. Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri bu günə qədər azərbaycanlıların devizidir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Tags:  Milli dirçəlişin azərbaycançılıq ideologiyasının təməlini Heydər Əliyev qoyub Latviyada ulu öndər Heydər Əliyevin nurlu xatirəsi anılıb


RƏYLƏR


Top news