Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda tədbirlər keçirilib

Cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda tədbirlər keçirilib

Date: 11 December 2015 20:18


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də 12, 13 və 14 saylı cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda tədbirlər keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə çıxış edən Penitensiar Xidmətin rəis müavini vəzifəsini icra edən Rafiq Ramazanov hazırda dünyada baş verən proseslər barədə məlumat verib. O, İslamın sülh dini olduğunu, terrora heç bir aidiyyətinin olmadığını bildirib.
Komitə sədrinin müavini Səyavuş Heydərov ölkəmizdə dinə münasibətin yüksək səviyyədə olmasını və Azərbaycanın tolerant ölkə olduğunu diqqətə çatdırıb. Ümummilli liderimiz Heydər Əliyevin “Dinimiz mənəviyyatımızdır” kəlamını xatırladan S.Heydərov bildirib ki, ibadət edən hər kəs milli kimliyini unutmamalıdır. Azərbaycanda bütün dinlərin nümayəndələrinə eyni münasibət göstərilir, məscidlər, sinaqoqlar, kilsələr tikilir, təmir olunur.
Komitənin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev çıxış edərək son vaxtlar İslam ölkələrində baş verən hadisələrdən danışıb.
Tədbirlərin sonunda müəssisə rəisləri belə görüşlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu bildiriblər.

Tags:  Cəzaçəkmə müəssisələrində Dinimiz mənəviyyatımızdır mövzusunda tədbirlər keçirilib


RƏYLƏR


Top news