Mingəçevirdə ulu öndər Heydər Əliyevin xatirəsi yad olunub

Mingəçevirdə ulu öndər Heydər Əliyevin xatirəsi yad olunub
20:23 11 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Mingəçevir, 11 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhərində müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Xalqın əbədiyaşar lideri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycan tarixinin böyük bir dövrü bilavasitə dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Natiqlər Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini ətraflı şərh edərək bildiriblər ki, ölkəmizin sosial-iqtisadi inkişafında Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil, demokratik və hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti ölkəmizin bugünkü və gələcək uğurlu taleyini müəyyən edib. Azərbaycan düşdüyü siyasi, iqtisadi, sosial və mənəvi böhrandan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xilas olaraq inkişaf yoluna çıxıb.
Konfransda “Ümummilli lider Heydər Əliyev Vətənə və xalqa sədaqətlə xidmət göstərən tarixi şəxsiyyətdir”, “Heydər Əliyev müstəqil dövlətçiliyimizin banisi və xalqımızın əbədi lideridir”, “Ulu öndər Heydər Əliyevin siyasi ideyaları müasir uğurlarımızın əsas təminatçısıdır” və digər mövzularda məruzələr dinlənilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mingechevirde_ulu_onder_Heyder_Aliyevin_xatiresi_yad_olunub-910510

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR