Böhranda şirkətlərin dayanıqlılığının artırılması müzakirə olunacaq

Böhranda şirkətlərin dayanıqlılığının artırılması müzakirə olunacaq
20:46 11 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda "1C" şirkətinin "Qeyri-stabil iqtisadi vəziyyətdə şirkətlərin dayanıqlılığının artırılması" mövzusunda seminarları keçiriləcək.

ANS PRESS-in məlumatına görə, seminar dekabrın 18-də paytaxt Bakıda, Səməd Vurğun küçəsi 43 ünvanındakı "World Business Center"də keçiriləcək.

"1C" və 1CAFA-nın (1C Azərbaycan Françayzinq Assosiasiyası) təşkil etdiyi tədbirin proqramı aşağıdakı kimidir:

1C: Azərbaycan üçün mühasibat (AKBIS)
1C: Azərbaycan üçün məvacib və personalla idarəetmə (AKBIS)
1C: Azərbaycan üçün şirkətlərin idarəedilməsi (Marco Computer Technologys)
1C: Azərbaycan üçün pərakəndə ticarət (Marco Computer Technologys)
1C: Şirkətlərin ERP idarəedilməsi 2. Korporativ bazar üçün kompleks həll yolları. Yeridilmə təcrübəsi (Alarna)
Dayanıqlı biznes: marketinq və satışdan müştəri xidmətinədək! (1C-Rarus)
İri layihələrdə avtomatlaşdırma təcrübəsi, "AzerSU" ASC-nin misalında (ICGROUP)
Avtomatlaşdırmaya əsas yanaşmalar (Marco Computer Technologys)
Suallara cavablar

"Marco Computer Technologys" şirkətinin direktoru İqor Baydikov "1C" seminarlarının 20 ildir ki, keçirildiyini bildirib. "İndiyədək bir çox ölkələrdə keçirilib, Azərbaycanda isə bu formatda ilk dəfədir. Birinci dəfədir olaraq seminarda şirkətin Moskva təmsilçiləri də iştirak edəcəklər. Budəfəki tədbirdə şirkətin direktoru, kuratoru da iştirak edəcəklər", - deyə o bildirib.

Onun sözlərinə görə, seminarda pul qazanmağın yolları, hansı sahələrə diqqət yetirilməsi gərəkdiyi, personalla, müştərilərlə iş haqqında danışılacaq.

"1C" şirkətinin mütəxəssisləri və tərəfdaş şirkətlər öz hesabatları ilə çıxış edəcəklər. Müştərilər üçün iştirak ödənişsizdir.

Tərəfdaş hissə: 09:30-dan 14:00-a qədər. Yalnız "1C" şirkətinin tərəfdaşları üçün.

Müştəri hissə: 14:00-dan 18:00-a qədər, 18:00-dan 20:00-a qədər - tədbirin qonaqları üçün furşet.

Seminarda iştirakla bağlı bütün sualları aşağıdakı ünvanlara göndərmək olar:

reba@1c.ru, Andrey Rebrov, "1С"

bia@marco.az, İqor Baydikov, "Marco Computer Technologys".

Seminarda iştirak etmək üçün aşağıdakı linkdə qeydiyyatdan keçmək olar:

http://www.1c.ru/news/events/eventAnketa.jsp?type=441

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367042

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR