Bu il dünya iqtisadiyyatında artım 2008-2009-cu illərin maliyyə böhranından sonra ən aşağı səviyyədədir

Bu il dünya iqtisadiyyatında artım 2008-2009-cu illərin maliyyə böhranından sonra ən aşağı səviyyədədir
21:03 11 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC 
2015-ci ildə iqtisadi artım azalıb və cəmi 2,4 faiz olub. Bu, 2008-2009-cu illərin maliyyə böhranından sonra ən aşağı səviyyədir. 2016-2017-ci illər üçün proqnozlar də təsəlliverici deyil.
AZƏRTAC xəbər verir ki, BMT-nin yeni məruzəsində dünya iqtisadiyyatının yüksəlişinə mane olan beş əsas səbəb göstərilib. Bu sıraya makroiqtisadi qeyri-müəyyənlik, xammalın ucuz qiyməti və ticarət axınlarının azalması, valyuta kursunun dəyişkənliyinin və kapital axınının çoxalması, investisiyada durğunluq və əmək məhsuldarlığının artımı, maliyyə və iqtisadiyyatın real sektorları arasında uyğunsuzluğun qalması daxildir.
Məruzədə Çində iqtisadi artımda zəifləmənin gözlənildiyi və digər inkişaf etməkdə olan və keçid iqtisadiyyatına malik böyük ölkələrdə, o cümlədən Braziliyada və Rusiyada zəif iqtisadi göstəricilər haqqında məlumat verilir.
Ekspertlər güman edirlər ki, belə vəziyyətdə inkişaf etmiş ölkələr tədricən qlobal yüksəlişin aparıcı qüvvəsi olur. 2016-cı ildə dünya iqtisadiyyatının yüksəlişi 2,9 faiz, 2017-ci ildə 3,2 faiz olacaq.
BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə köməkçisi Leni Montyel deyib: “2030-cu ildə Davamlı İnkişafın Məqsədlərinə çatmağın əsas faktoru olacaq etibarlı, hərtərəfli və davamlı iqtisadi yüksəlişin təmini üçün iqtisadi siyasət sahəsində olduqca səmərəli və əlaqələnmiş qüvvələr lazımdır”.
Məqalə müəllifləri qeyd edirlər ki, iqtisadiyyatın ləng inkişafı inkişaf etməkdə olan və keçid iqtisadiyyatına malik ölkələrin əmək bazarlarına çox pis təsir göstərib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_il_dunya_iqtisadiyyatinda_artim_2008_2009_cu_illerin_maliyye_bohranindan_sonra_en_asagi_seviyyededir-910528

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR