Cenevrədə terror şəbəkəsi ilə əlaqədə şübhəli bilinən iki şəxs həbs edilib

00:13 12 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Cenevrə, 12 dekabr, AZƏRTAC
Cenevrədə terror təhlükəsi ilə bağlı xəbərdarlığının ən yüksək pilləyə qaldırılmasından sonra iki şəxs polis tərəfindən həbs edilib. „Tibune de Genève“ qəzetinin məlumatına əsasən, polisin apardığı antiterror əməliyyatı çərçivəsində iki şəxs həbs edilib və onların avtomobilində partlayıcı maddənin izləri aşkarlanıb. Prokurorluq tərəfindən Suriya əsilli şəxslərin saxlanması və onların terror təhlükəsi ilə əlaqəli olması barədə rəsmi təsdiq verilməyib.
Qeyd edək ki, dekabrın 10-da İsveçrə polisi Cenevrə şəhəri və regionu üzrə terror təhlükəsi olduğunu elan edib və regionda noyabrın 13-də Parisdə törədilmiş terror aktları ilə əlaqəli dörd şəxsin axtarışı başlanıb.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cenevrede_terror_sebekesi_ile_elaqede_subheli_bilinen_iki_sexs_hebs_edilib-910563

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR