Ərdoğan: "Bizə qarşı qeyri-səmimi hərəkət etdilər"

Ərdoğan: "Bizə qarşı qeyri-səmimi hərəkət etdilər"
04:51 12 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Bağdadın İraqın şimalına dislokasiya edilmiş Türk hərbçilərlə bağlı BMT-yə müraciətini pisləyib.

ANS PRESS-in məlumatına görə, Türkmənistana yollanmazdan əvvəl ƏL Cəzirə telekanalına müsahibə verən prezident Bağdadın təhlükəsizlik şurasına bu barədə yazılı şikayət etməsinin Türkiyəyə qarşı qeyri-səmimi addım olduğunu bildirib.

“Əlbəttə ki, onlar BMT Təhlükəsizlik Şurasına müraciət edə bilərlər, bu onların təbii hüququdur, ancaq bu qeyri-səmimi bir addımdır”, deyə Ərdoğan bəyan edib.

Təhlükəsizlik Şurasına şikayət edən İraq höküməti Türk qoşunlarının İŞİD-in nəzarətində olan Mosul yaxınlığındakı düşərgədən çıxarılmasını tələb edir və bu barədə qətnamə qəbul olunmasını istəyir.

Ərdoğan bundan əvvəl verdiyi bəyanatda İraqdakı hərbçilərin təlim-tədris fəaliyyəti ilə məşğul olduğunu, hərbi əməliyyatlarda iştirak etmədiyini deyərək, qoşunları geri çəkməyəcəyini bəyan edib.

Türkiyə ordusunun məlumatına görə, həmin proqrama əsasən dislokasiya olunmuş hərbçilər İŞİD-ə qarşı savaşan 2500 peşmərgə əsgəri və zabiti üçün hərbi hazırlıq üzrə təlimlər keçirib.


Əhməd Davudoğlu - Türkiyənin baş naziri

Dünən Türkiyə baş naziri Əhməd Davudoğlu da ölkə liderinin sözlərinə qüvvət verərək, qoşunların həmin bölgədə düşərgə salmasının, türk təlimatçılarının təhlükəsizliyini təmin etmək, Mosul sakinlərinin öz şəhərlərini geri ala bilməsi üçün hərbi hazırlıq səviyyəsini artırmaq məqsədi daşıdığını vurğulayıb.

Davudoğlu bəzi tərəflərin bu məsələni Ankara-Bağdad böhranı kimi qələmə verməsini pisləyib.

“Bu insidenti qızışdıran tərəflər nə Türkiyə, nə də İraqdır. Bəzi dövlətlər ölkəyə etdikləri hərbi müdaxiləni unutdurmaq üçün, Türkiyənin hərbi iştirakı məsələsini gündəmə çıxarmağa çalışır. Mən Türkiyə ilə İraq arasında dostluq əlaqələrinin bundan sonra da güclü şəkildə inkişaf edəcəyinə ümid edirəm”, deyə Davudoğlu Rusiyanın hərbi müdaxiləsinə eyham vurub.

Baş nazir yaxın zamanda Bağdada səfər etmək niyyətində olduğunu vurğulayıb.


Həmçinin oxuyun:

Ərdoğan türk əsgərinin İraqa girməsinin səbəbini açıqladı
Ərdoğan son sözünü dedi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR