Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Nar” və “Irshad Electronics” Yeni il kampaniyası keçirir

“Nar” və “Irshad Electronics” Yeni il kampaniyası keçirir

Date: 12 December 2015 11:13


Bakı, 12 dekabr, AZƏRTAC
“Nar” və “Irshad Electronics” Yeni il kampaniyası keçirir. Kampaniya çərçivəsində “Irshad Electronics” mağazalar şəbəkəsindən smartfon əldə edən şəxslər ilkin ödənişsiz, 12 ay müddətində “Nar” mobil operatorundan pulsuz nömrə, 6 ay ərzində aylıq 50 manat bonus və pulsuz internet əldə etmiş olacaqlar.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, mobil telefonları əldə etmək üçün “Nar” mobil operatorunun rəsmi tərəfdaşı olan “Irshad Electronics” mağazalarına müraciət edilməlidir.
Telefonu əldə etdikdən sonra hədiyyə olunacaq pulsuz “Nar” nömrəsinə daxil olan aylıq 50 manat şəbəkə daxili danışıq və 250 meqabayt internet trafiki abunəçiyə 6 ay ərzində təqdim olunur. Bonusları yoxlamaq üçün *777#84#YES şifrəsini yığmaq kifayətdir.
Qeyd edək ki, kampaniya çərçivəsində səsli zənglər “0” tarifinə əsasən hesablanır və bonuslar yalnız bu tarif daxilində aktivdir.
Dekabrın 31-dək davam edəcək kampaniya bütün smartfonları əhatə edir.

Tags:  Nar Irshad Electronics Yeni il kampaniyası keçirir



RƏYLƏR


Top news