Göyçaylılar müdrik rəhbər Heydər Əliyevin şəxsiyyətinə olan sevgilərini bir daha nümayiş etdiriblər

Göyçaylılar müdrik rəhbər Heydər Əliyevin şəxsiyyətinə olan sevgilərini bir daha nümayiş etdiriblər
12:38 12 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Göyçay, 12 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Dekabrın 12-də Göyçay rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə əklil və gül dəstələri düzüblər.
AZƏRTAC xəbər verir ki, rayonun minlərlə sakini abidə ətrafına toplaşaraq fenomenal şəxsiyyət Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə xalqımızın müdrik oğlu Heydər Əliyevin hər kəsə örnək olan həyat və fəaliyyətindən söz açılıb. Abidə kompleksinin önünə toplaşan rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri, YAP fəalları, ağsaqqallar və rayon ziyalıları ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin inkişafındakı əvəzsiz xidmətlərindən bəhs ediblər. Rayonda müxtəlif istehsal sahələrinin açılmasının, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının tikintisinin məhz dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilib. Bu xidmətlər Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində mühafizə olunan fotoşəkil və sənədlərdə də öz əksini tapıb.
Anma mərasiminin iştirakçıları Mərkəzə gələrək ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən eksponatlarla tanış olublar.
Qeyd edək ki, Göyçayda ulu öndər Heydər Əliyevin xatirəsini anma günü ilə bağlı rayon məktəbliləri arasında müxtəlif müsabiqələr keçirilib. Həmçinin Göyçay rayon Təhsil Şöbəsində, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində, rayon mərkəzi xəstəxanasında, mədəniyyət və turizm şöbəsində Ulu Öndərin xatirəsinə həsr edilən konfrans və “dəyirmi masa”lar təşkil olunub, məktəblərdə ilk dərslər dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Goychaylilar_mudrik_rehber_Heyder_Aliyevin_sexsiyyetine_olan_sevgilerini_bir_daha_numayis_etdiribler-910629

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR