Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-ın yeni döyüş gəmisinin mühərriki açıq dənizdə sıradan çıxıb

ABŞ-ın yeni döyüş gəmisinin mühərriki açıq dənizdə sıradan çıxıb

Date: 12 December 2015 12:48


Bakı, 12 dekabr, AZƏRTAC
Kanadanın Qalifaks şəhərindən Can-Dieqoya yollanan ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “Milwaukee” döyüş gəmisi dekabrın 11-də açıq dənizdə sıradan çıxıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, gəminin cəmi 20 gün əvvəl, noyabrın 21-də istifadəyə verildiyi bildirilir.
“Milwaukee” buksir vasitəsi ilə Virciniya ştatındakı hərbi bazaya gətirilib. Hazırda gəmi komandası və texniki mütəxəssis heyəti hadisənin səbəblərini araşdırır. İlkin versiyaya görə, insident sürtgü yağı filtrinə metal hissəciklərin düşməsi və bu səbəbdən mühərrikin sıradan çıxması nəticəsində baş verib.
Hadisə barədə ABŞ hökumətinə də məlumat verilib.

Tags:  ABŞ-ın yeni döyüş gəmisinin mühərriki açıq dənizdə sıradan çıxıb


RƏYLƏR


Top news