Cüdoçularımızın Monqolustanda təlim-məşq toplanışı davam edir

Cüdoçularımızın Monqolustanda təlim-məşq toplanışı davam edir
13:03 12 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Cüdo üzrə Azərbaycan milli komandası Monqolustanın paytaxtı Ulan-Batorda təlim-məşq toplanışını davam etdirir.
AZƏRTAC xəbər verir ki, zədə səbəbindən bu ölkəyə səfər etməyən Nicat Şıxəlizadə istisna olmaqla, yığma komandamız bütün heyətlə toplanışda iştirak edir.
Milli komandanın baş məşqçisi Peter Zayzenbaherin rəhbərliyi altında keçən təlim-məşqdə cüdoçularımız böyük əzmlə çalışmaqdadırlar. Yüksək səviyyədə təşkil olunan toplanış dekabrın 22-dək davam edəcək.
Xatırladaq ki, cüdoçularımız bu günlərdə Çin və Koreya Respublikasında keçirilən Qran-pri, eləcə də Yaponiyada təşkil olunan “Böyük dəbilqə” yarışlarında iştirak edib və bu turnirlərin hər üçündə medallar qazanıblar.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cudochularimizin_Monqolustanda_telim_mesq_toplanisi_davam_edir-910641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR