"Azərenerji" ASC-də Ulu Öndərin xatirəsi anılıb

13:23 12 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, Xarirə Cəfərova, AZӘRTAC
Dekabrın 12-də “Azərenerji” ASC-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
AZӘRTAC xəbər verir ki, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söhbət açıb.
Məlumat verilib ki, sosial-iqtisadi problemlərin həllində elektrik enerjisi sisteminin mühüm rol oynadığını nəzərə alan ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə bu sahənin inkişafını daim diqqətdə saxlayıb. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Azərbaycanda çoxsaylı energetika obyektləri inşa edilərək istismara verilib.
Ulu Öndərin yolunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan davamlı, dinamik inkişafdadır.
AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, müstəqil dövlət quruculuğundakı xidmətlərindən bəhs edib.
Digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə siyasi, iqtisadi, sosial və mədəni sahələrdə görülən işlər, qazanılan nailiyyətləri diqqətə çatdırıblar.
Sonda Ulu Öndərin fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotAzerenerji_quot_ASC_de_Ulu_Onderin_xatiresi_anilib-910648

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR