Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bərdədə məktəblilər arasında şahmat üzrə rayon turniri başa çatıb

Bərdədə məktəblilər arasında şahmat üzrə rayon turniri başa çatıb

Bərdədə ağır yol qəzası - 3 ölü (22 Mart 2017 21:18)
Azərbaycan taekvondoçuları beynəlxalq turniri 10 medalla başa vurdu (13 Mart 2017 03:38)
Şahmat üzrə dünya çempionu bəlli oldu (04 Mart 2017 01:03)

Tarix: 12 Dekabr 2015 14:58


Bərdə, 12 dekabr, AZƏRTAC
Bərdə Uşaq-Gənclər Şahmat İdman Məktəbində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, Bərdə rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər Şahmat İdman Məktəbinin birgə təşkilatçılığı ilə 6-8 və 10-12 yaşlı şagirdlər arasında keçirilən yarışda 46 nəfər iştirak edib.
Yarışın açılış mərasimində Bərdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Tahir Quliyev, Uşaq-Gənclər Şahmat İdman Məktəbinin direktoru Əbülfət Məmmədov və başqaları çıxış edərək, böyük siyasi xadim Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən, o cümlədən idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar.
İki gün davam edən yarış olimpiya sistemi üzrə keçirilib. Turnirin yekununda qaliblər müvafiq dərəcəli diplomlarla təltif olunub.

Teqlər:  Bərdədə məktəblilər arasında şahmat üzrə rayon turniri başa çatıb



RƏYLƏR


Top xəbərlər