Sahibkarlara 96,5 milyon manat güzəştli kredit verilib (VİDEO)

Sahibkarlara 96,5 milyon manat güzəştli kredit verilib (VİDEO)
15:06 12 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə 96,5 milyon manat güzəştli kredit verilib. Bu barədə Sahibkarlığa Kömək Milli Fondu Şəkidə keçirilən forumda səsləndirib.

ANS TV-nin məlumatına görə, forum çərçivəsində Şəki və ətraf rayonlardan olan 70-ə yaxın sahibkara 780 min manat güzəştli kreditlər verilib.

Kreditlər heyvandarlıq, arıçılıq, bağçılıq, əkinçilik, çayçılıq kimi sahələrin inkişafına yönəldilib.

“Müzakirələr əsasında sahibkarlar daha çox kiçik həcimli güzəştli kreditlərə ehtiyac duyduqlarını bildirdilər. Və bununla yanaşı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara güzəştli kreditlər əldə etməsini asanlaşdırmaq üçün bank olmayan kredit təşkilatları üzrə əməkdaşlığı genişləndirmək tövsiyə olundu”, - deyə Sahibkarlığa Kömək Milli Fondunun rəsmisi Samir Hümbətov bildirib.

Tədbirə qatılan sahibkarlar isə fond tərəfindən ayrılan güzəştli kreditlərin alınması ilə bağlı bəzi hallarda banklar tərəfindən rastlaşdıqları maneələrdən və istehsal etdikləri malların satışında üzləşdikləri problemlərdən söz açıblar.

“Yun satışı gəlir gətirən sahədir. Amma yun satışı tənəzzülə uğrayıb. Bu il biz heyvan qırxımını belə həyata keçirməmişik. Nəyə görə? Çünki sahibkara sərf etmir”, – deyə sahibkar Hüseyn Ağacanlı qeyd edib.

Şəkinin Göybulaq kəndində güzəştli kredit ayrılmış taxıl anbarı və dəyirman kompleksinin fəaliyyətinə baxış keçirilib.

Son illərdə tutumu 352 min tona yaxın olan, 23 müasir taxıl anbarı kompleksinin yaradılmasına 30 milyon manatdan çox güzəştli kredit verilib. Bu anbarlardan 21-i isə artıq istifadəyə verilib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367075

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR