Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lvova UNESCO-nun ədəbiyyat şəhəri statusu verilib

Lvova UNESCO-nun ədəbiyyat şəhəri statusu verilib

Date: 12 December 2015 15:08


Kiyev, 12 dekabr, AZƏRTAC
“UNESCO-nun ədəbiyyat şəhəri” proqramı çərçivəsində aparılmış seçimin rəsmi nəticələrinə görə Ukraynanın Lvov şəhərinə UNESCO-nun ədəbiyyat şəhəri statusu verilib.
AZƏRTAC Ukraynanın “Teleqraf” xəbər portalına istinadla bildirir ki, bu status sayəsində Lvov dünya kitab kontekstinə inteqrasiya, ədəbi turizmin inkişafı, Ukraynanın mədəniyyət sahəsində nailiyyətlərinin dünyada populyarlaşdırılması imkanı qazanacaq.
Lvov bu statusu əldə etmək üçün iki dəfə cəhd göstərib. 2013-cü ildə bu şəhərin təqdim etdiyi sifariş rədd edilmişdi. O vaxt əsas irad bundan ibarət idi ki, Lvovda ədəbi tədbirlər az keçirilir.
İddiaçı şəhərin müsabiqədə iştirak etmək imkanı qazanması üçün onun namizədliyi artıq “UNESCO-nun ədəbiyyat şəhəri” titulu almış şəhərlər tərəfindən dəstəklənməlidir. Lvovun namizədliyini Dublin, Edinburq, Norviç, Melburn və Krakov şəhərləri dəstəkləyib.
Xatırladaq ki, “UNESCO-nun ədəbiyyat şəhəri” layihəsi “Creative Cities” şəbəkəsi çərçivəsində həyata keçirilir. Bu status 2004-cü ildə tətbiq edilib. Proqramın məqsədi şəhərlərin sosial, iqtisadi və mədəni inkişafına kömək etməkdir.

Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Tags:  Lvova UNESCO-nun ədəbiyyat şəhəri statusu verilib



RƏYLƏR


Top news