ADİU-nun əlaqələndiriciliyi ilə Qırğızıstanda “Layihə Məlumat Günü” keçirilib

ADİU-nun əlaqələndiriciliyi ilə Qırğızıstanda “Layihə Məlumat Günü” keçirilib
16:13 12 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) əlaqələndiricisi olduğu “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” adlı TEMPUS UNIVIA layihəsi çərçivəsində Qırğızıstan İqtisad Universitetində “Layihə Məlumat Günü” keçirilib.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəblə yanaşı, Avropanın tərəfdaş universitetlərinin nümayəndələri, Qırğızıstan Respublikasının Təhsil və Elm Nazirliyinin əməkdaşları iştirak ediblər.
Çıxış edən məruzəçilər ADİU-nun əlaqələndiricisi olduğu TEMPUS UNIVIA layihəsinin iki illik fəaliyyəti müddətində görülən işlərdən, layihənin fəaliyyət planının uğurla həyata keçirilməsindən, eləcə də layihənin tərəfdaş universitetlərdə beynəlxalq əməkdaşlığın inkişafına göstərdiyi təsirdən bəhs ediblər. Layihə çərçivəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə geniş məlumat verilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADIU_nun_elaqelendiriciliyi_ile_Qirgizistanda_Layihe_Melumat_Gunu_kechirilib-910710

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR